Əvəzedicilər paytaxtdan sülhlə dönür
Xəbərlər / 16 Aprel 2015 | 15:56195
Əvəzedicilər paytaxtdan sülhlə dönür

“Neftçi” – “Qəbələ” – 1:1
Fəhmin Muradbəyli, 41 // Tellur Mütəllimov, 25
Bu gün əvəzedicilərin yarışında XXX turun oyunları keçirilib. “Qəbələ” günün son qarşılaşmasında “Neftçi” ilə üz-üzə gəlib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “qırmızı-qaralar” ən yaxın izləyicisi ilə görüşə fəal başlayıb. Bunun nəticəsində Luis Araqonun yetirmələri ilk yarının ortalarında hesabı açmağa müvəffəq olub. Matçın 25-ci dəqiqəsində Tellur Mütəllimov fərqlənib – 1:0. Amma bu qol qələbə üçün kifayət etməyib. Paytaxt təmsilçisi fasiləyədək bərabərlik qoluna imza atıb. Meydan sahiblərinin heyətində Fəhmin Muradbəyli qol sevinci yaşayıb – 1:1. Oyunun ikinci hissəsi də maraqlı mübarizə şəraitində keçib. Lakin mükafatçılar sırasına düşmək üçün mübarizə aparan komandalardan heç biri istəyinə çatıb, qələbə qolunu vura bilməyib.
Beləliklə, səfər oyununda 1 xal qazanan “Qəbələ” aktivindəki 43 xalla 3-cü pillədə qərarlaşıb.

 

1 Simurq 27 17 3 7 61-29  54 
İnter 26 15 5 65-34  50 
3 Qəbələ 27 12 7 8 41-37  43 
4 Neftçi 27 11  8 37-36  41 
5 Xəzər Lənkəran  26 10  11 31-42  35 
6 Qarabağ  27 10  14  36-45  33 
Bakı 27 9 15  40-48  30 
AZAL  27  7 12  28-40 29 
Sumqayıt  26  14  33-61  20