Əvəzedicilər səfər qələbəsi ilə liderliyini qorudu
Xəbərlər / 6 Dekabr 2014 | 12:42228
Əvəzedicilər səfər qələbəsi ilə liderliyini qorudu

“Xəzər Lənkəran” 0:2 “Qəbələ”

Elnur Mustafayev, 32; Qismət Alıyev, 89 (p.)

Əvəzedicilərin ölkə çempionatında XV turun oyunları keçirilib. Bugünkü turun mərkəzi qarşılaşması “Bayıl Arena”da baş tutub. Paytaxtda keçirilən görüşdə bu turadək eyni xalla yarışın liderləri arasında olan “Xəzər Lənkəran” və “Qəbələ” üz-üzə gəlib. Öz meydanında məğlub olan “qırmızı-qaralar” səfər oyununda yenilginin əvəzini çıxmaq vəzifəsinin öhdəsindən layiqincə gələ bilib. Hər hissədə 1 qol vuran “Qəbələ” hesabına növbəti 3 xalı yazıb. “Qırmızı-qaralar”ın heyətində hesabı Elnur Mustafayev açıb. Qarşılaşmanın sonlarında isə Qismət Alıyev penaltidən ikinci qolu vurub.
Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” aktivindəki xalların sayını 26-ya çatdırıb. Bu qələbə ilə “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsindəki yerini qoruyub.

1 QƏBƏLƏ 13 8 2  3  21-16  26 
2  Simurq 14 8 2 4  28-14  26 
3 Xəzər Lənkəran 13  7  2  4  20-16  23 
4 İnter  13 6  3  4  29-19  21 
5 Qarabağ  13 6  0  7 20-23  18 
6 Neftçi 13  4  3 6 18-22  15 
7  AZAL 13  3  6  4  14-17  15 
8  Bakı 13  4  1  8  25-26  13 
9  Sumqayıt  13  2  3  8  14-36  9