“Qəbələ” – “Sumqayıt” – 1:0
(Rüstəm Nuriyev, 85)
Bu gün əvəzedicilərin çempionatında XXI tura start verilib. Turun ilk günündə bir qarşılaşma baş tutub. Çempionatın lideri “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç Emin İmaməliyevin yetirmələrinin üstünlüyü ilə keçsə də, “qırmızı-qaralar” qonaqların müqavimətini yalnız matçın sonlarında qırıb. Rüstəm Nuriyevin 85-ci dəqiqədə vurduğu qol görüşün taleyini həll edib.
Beləliklə, mövsümdə 14-cü qələbəsini qazanan əvəzedicilərimiz xal hesabını 45-ə çatdırıb.
1 | Qəbələ | 20 | 14 | 3 | 3 | 62-19 | 45 |
2 | Səbail | 20 | 11 | 3 | 6 | 35-28 | 36 |
3 | Keşlə | 20 | 7 | 11 | 2 | 29-22 | 32 |
4 | Qarabağ | 20 | 8 | 4 | 8 | 26-30 | 28 |
5 | Zirə | 20 | 7 | 5 | 8 | 24-29 | 26 |
6 | Neftçi | 20 | 5 | 6 | 9 | 15-25 | 21 |
7 | Sumqayıt | 21 | 5 | 5 | 11 | 23-41 | 20 |
8 | Kəpəz | 19 | 1 | 7 | 11 | 11-31 | 10 |