Əvəzedicilər Sumqayıtda əzmkar qələbə qazandı
Xəbərlər / 17 Dekabr 2014 | 12:49266
Əvəzedicilər Sumqayıtda əzmkar qələbə qazandı

“Sumqayıt” 1:3 “Qəbələ”
Vüsal Bayımov, 13 - Elnur Mustafazadə, 33; Ramil Həsənov, 53, 87

Bu gün əvəzedicilərin Azərbaycan çempionatında XVII tura yekun vurulub. 2014-cü ildə son səfər oyununa çıxan “Qəbələ” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Bu matçadək yarışın vahid lideri olan “qırmızı-qaralar” autsayderlə görüşdən də qalib ayrılıb. Belə ki, Luis Araqonun yetirmələri “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Düzdür, qarşılaşma lider üçün uğurlu başlamayıb. Artıq 13-cü dəqiqədə məğlub duruma düşən “Qəbələ” fasiləyədək hesabda tarazlıq yarada bilib. Elnur Mustafazadənin qolu ilə fasiləyə bərabərliklə yollanan qonaqlar görüşün taleyini ikinci yarıda həll edib. Ramil Həsənovun 2 qolu “qırmızı-qaralar”a qələbə qazandırıb – 3:1.

Beləliklə, 15 oyundan sonra aktivindəki xalların sayı 30-a çatan “Qəbələ” vahid liderliyini qoruyub. Komanda 2014-cü ildə son oyununu dekabrın 20-də öz meydanında “İnter”ə qarşı keçirəcək.

1 QƏBƏLƏ 15 9 3  3  25-18  30 
2  Xəzər Lənkəran 15 9 2 4  24-18  29 
3 İnter 15 8  3  4  34-20  27 
4 Simurq  15 8  2  5  29-16  26 
5 Qarabağ  15 6  1  8 22-26  19 
6 AZAL 14  4  6 4 15-17 18 
7  Neftçi 15  4 4  7  19-26  16 
8  Bakı 15  4  1  10  26-29  13 
9  Sumqayıt  15  2  4  9  16-40  10