Əvəzedicilər toplanışa sülhlə yekun vurdu
Xəbərlər / 27 İyul 2013 | 23:12261
Gürcüstanda son yoxlama oyununu keçirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası vətənə dönüb. Son oyunda komandamız Tsixinvali "Spartak"ı ilə qarşılaşıb. Hər iki tərəfin səylərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0.
Xatırladaq ki, "qırmızı-qaralar" toplanış çərçivəsində bu görüşə qədər daha 3 oyun keçiriblər. "Mark Stars of Georgia" (2:1) və Tbilisi "Dinamo"suna (2:0) qalib gələn təmsilçimiz "VİT Georgia" kollektivinə (0:4) məğlub olub.