Əvəzedicilər toplanışı qələbə ilə başa vurdu
Xəbərlər / 29 İyul 2016 | 20:57172
Əvəzedicilər toplanışı qələbə ilə başa vurdu

“Qəbələ”nin əvəzediciləri mövsümlərarası hazırlıq prosesini başa vurub. “Qırmızı-qaralar” Bakıda baş tutan təlim-məşq toplanışını sonuncu yoxlama matçı ilə yekunlaşdırıb. Hüseynqulu Quliyevin yetirmələri Qəbələdə “Ağsu” ilə görüşüb. “Qəbələ” qarşılaşmanın ilk hissəsində 2 qol vuraraq, hesabda önə keçib. I divizion təmsilçisinin qapısından hər iki topu Ravil Yusifli keçirib. “Ağsu” yalnız bu qollardan birinin əvəzini çıxa bilib – 2:1.
Beləliklə, əvəzedicilər toplanışı qələbə ilə başa vurub. Hazırlıq prosesinin 2-ci mərhələsindən sonra futbolçulara iki günlük istirahət verilib. Komandamız avqustun 1-də bir araya gələcək.
Xatırladaq ki, “Qəbələ” yeni mövsümə “Kəpəz”lə ev matçı ilə start verəcək. Əvəzedicilərin oyunu avqustun 7-də keçiriləcək.