AZAL 1-1 “Qəbələ
(Elməddin Hüseynzadə, 36 // Muxtar Əliyev, 12)
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan çempionatında yaranan fasilə bu gün keçirilən əvəzedicilərin XII turunun matçları ilə başa çatıb. Turun ilk qarşılaşması “Qəbələ”nin iştirakı ilə baş tutub. “Qırmızı-qaralar” səfərdə AZAL-ın qonağı olub. Muxtar Əliyevin erkən qolu ilə hesabı açan Luis Araqonun yetirmələri qələbə hesabını qoruya bilməyib. Belə ki, fasiləyə 9 dəqiqə qalmış meydan sahibləri bərabərlik qolunu vurub. Oyunun ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib. Bununla da “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında heç-heçə qalmayan “Qəbələ” birinci bərabərliyinə nail olub. Beləliklə, 10 oyundan sonra aktivindəki xalların sayını 19-a çatdıran “Qəbələ” 4-cü pillədə qərarlaşıb.
1 | Simurq | 11 | 6 | 2 | 3 | 22-11 | 20 |
2 | İnter | 11 | 6 | 2 | 3 | 26-15 | 20 |
3 | Xəzər Lənkəran | 11 | 6 | 2 | 3 | 18-14 | 20 |
4 | QƏBƏLƏ | 10 | 6 | 1 | 3 | 14-13 | 19 |
5 | Qarabağ | 10 | 6 | 0 | 4 | 18-15 | 18 |
6 | Neftçi | 10 | 3 | 2 | 5 | 14-17 | 11 |
7 | AZAL | 10 | 2 | 5 | 3 | 9-12 | 11 |
8 | Bakı | 11 | 3 | 1 | 7 | 22-22 | 10 |
9 | Sumqayıt | 10 | 0 | 3 | 7 | 9-33 | 3 |