“Simurq” – “Qəbələ” – 3:1
(Vüsal İsgəndərli, 10; Vadim Abdullayev, 16; Kamran Həsənzadə, 39 // Qismət Alıyev, 59 (p.)
Bu gün əvəzedicilərin çempionatında XXI tura start verilib. Turun açılış matçında “Simurq”la “Qəbələ” qarşılaşıb. “Qırmızı-qaralar” üçün bu görüş xüsusi əhəmiyyət daşıyırdı. Çünki liderin iki ən yaxın izləyicisinin qarşılaşmasında qələbə qazanacaq komanda turu zirvədə başa vuracaqdı. Mövsümün ilk yarısında rəqibini iki dəfə məğlub edən Luis Araqonun yetirmələri səfər görüşünə də 3 xal üçün çıxıb. Lakin meydan sahiblərinin iki erkən qolu görüşün taleyinə böyük ölçüdə aydınlıq gətirib. Fasiləyədək daha bir qol buraxan “Qəbələ” ikinci hissədə bunlardan yalnız birinin əvəzini çıxa bilib. Qismət Alıyevin fərqi ikiyə endirməsindən sonra “qırmızı-qaralar” böyük qüvvə ilə irəli atılsa da, oyunda dönüş yarada bilməyib.
Beləliklə, 19 oyundan sonra hesabında 34 xal olan “Qəbələ” 3-cü pillədə qərarlaşıb.
1 | Simurq | 19 | 11 | 2 | 6 | 42-22 | 35 |
2 | İnter | 18 | 11 | 3 | 4 | 45-22 | 36 |
3 | Qəbələ | 19 | 10 | 4 | 5 | 30-26 | 34 |
4 | Xəzər Lənkəran | 18 | 10 | 2 | 6 | 27-29 | 32 |
5 | Qarabağ | 17 | 8 | 1 | 8 | 28-27 | 25 |
6 | AZAL | 17 | 5 | 6 | 6 | 19-23 | 21 |
7 | Neftçi | 17 | 5 | 4 | 8 | 21-30 | 19 |
8 | Bakı | 18 | 4 | 2 | 12 | 27-35 | 14 |
9 | Sumqayıt | 17 | 2 | 4 | 11 | 18-45 | 10 |