Əvəzedicilər zirvəyə yüksəldi - Tellurun benefisi
Xəbərlər / 5 Fevral 2015 | 14:01288
Əvəzedicilər zirvəyə yüksəldi - Tellurun benefisi

“Qəbələ” – AZAL - 3-0
Tellur Mütəllimov, 11, 26, 52
Bu gün əvəzedicilərin çempionatında XX tura start verilib. 2015-ci ilin ilk ev oyununa çıxan “Qəbələ” AZAL-la qarşılaşıb. “Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə görüşdə mövsümün ilk yarısındakı ilk qələbəsini qazanıb. Matçın taleyini Tellur Mütəllimov həll edib. Bakılıların qapısına 3 qol vuran gənc futbolçu het-trikə imza atmaqla böyükhesablı qələbənin memarı olub. Erkən qolla hesabı açan Mütəllimov ilk yarının ortalarında fərqi artırıb. İkinci hissənin əvvəlində 3-cü dəfə fərqlənən Mütəllimov “Qəbələ”nin zirvəyə yüksəlməsində pay sahibi olub.
Beləliklə, 3:0 hesablı qələbədən sonra Luis Araqonun yetirmələri xal hesabını 34-ə çatdırıb. XX turun ilk oyun günündən sonra “qırmızı-qaralar” 1-ci pilləyə yüksəlib.

  

1 Qəbələ 18 10 4  4 29-23  34 
2  İnter  17 10 3 4  41-22  33 
3 Simurq 18 10 2  6  39-19  32 
4 Xəzər Lənkəran 17 10  2  5  27-25  32 
5 Qarabağ  16 7  1  8 25-27  22 
6 AZAL  17  5  6  6  19-23  21 
7  Neftçi 17 5 4  8  21-30  19 
8  Bakı  17  4  2  11  27-32 14 
9  Sumqayıt  17  2  4  11  18-45  10