“Qəbələ” – “Keşlə” – 1:1
(Ülvi İsgəndərov, 90+1 // Əlibəy Məmmədli, 65)
Bu gün əvəzedicilərin çempionatında XIV tura yekun vurulub. Mövsümün ilk yarısının son oyun günündə iki qarşılaşma baş tutub. Çempionatın lideri “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Matçdakı bütün qollar fasilədən sonraya təsadüf edib. Əlibəy Məmmədli 65-ci dəqiqədə paytaxt təmsilçisini hesabda önə çıxarıb. “Qəbələ” uzatma dəqiqələrində bərabərlik qoluna imza atıb. Çempionatın bombardiri Ülvi İsgəndərov mövsümdə 14-cü qolunu vurub. Bu, komandamızın mövsümdə 2-ci heç-heçəsi olub.
Beləliklə, “Qəbələ” xal hesabını 35-ə çatdırıb və qış fasiləsinə 8 xallıq üstünlüklə yollanıb.
1 | Qəbələ | 14 | 11 | 2 | 1 | 48-9 | 35 |
2 | Səbail | 14 | 8 | 3 | 3 | 23-17 | 27 |
3 | Zirə | 14 | 6 | 3 | 5 | 20-21 | 21 |
4 | Keşlə | 14 | 4 | 8 | 2 | 21-18 | 20 |
5 | Neftçi | 14 | 5 | 3 | 6 | 12-18 | 18 |
6 | Qarabağ | 14 | 4 | 2 | 8 | 14-23 | 14 |
7 | Sumqayıt | 14 | 3 | 3 | 8 | 14-31 | 12 |
8 | Kəpəz | 14 | 1 | 4 | 9 | 9-25 | 7 |