Əvəzedicilərdən 5-ci heç-heçə
Xəbərlər / 18 Fevral 2015 | 13:16187
Əvəzedicilərdən 5-ci heç-heçə

“Qəbələ” - “Xəzər Lənkəran” – 1:1
(Tellur Mütəllimov, 35 - Fərid Əsədov, 65)
Bu gün əvəzedicilərin çempionatında XXIII turun oyunları keçirilib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşıb. Son iki matçdan məğlub ayrılan Luis Araqonun yetirmələri turnir cədvəlindəki qonşusu ilə qarşılaşmaya qələbə iddiası ilə çıxıb. İlk yarıda üstün oyun sərgiləyən “qırmızı-qaralar” fasiləyə 10 dəqiqə qalmış istəyinə çatıb. Tellur Mütəllimov çempionatda növbəti qolunu vurub. Qarşılaşmanın ikinci hissəsində “Qəbələ” futbolçuları hesabı artırmaq üçün irəli atılıb. Lakin qonaqlar məğlubiyyətdən xilas olmağı bacarıb. “Xəzər Lənkəran”ın 65-ci dəqiqədə vurduğu top matçda sonuncu olub – 1:1. Bu, komandamızın mövsümdə 5-ci heç-heçəsi olub.
Beləliklə, 3-cü pillədə qərarlaşan “Qəbələ” 21 oyundan sonra xal hesabını 35-ə çatdırıb. 

1 Simurq 21 13 2 6 48-22  41 
İnter 20 12 4 52-24  40 
3 Qəbələ 21 10 5 6 32-29  35 
4 Xəzər Lənkəran 20 10  28-33  33 
5 Neftçi  20 8 26-31  26 
6 Qarabağ  20 10  29-32  26 
AZAL 20 6 24-29  25 
Bakı  20  13  30-41 17 
Sumqayıt  20  13  24-52  13