“Sumqayıt” - “Qəbələ” – 0:2
(Ülvi İbazadə, 34; Ülvi İsgəndərov, 90+1)
Bu gün əvəzedicilərin yarışında XXIX tura start verilib. Turun mərkəzi oyunu Sumqayıtda keçirilib. Çempionatın liderlərinin görüşündə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Ən yaxın izləyicisi ilə xal fərqini daha da artırmaq imkanı qazanan Ramin Quliyevin yetirmələri ilk dəqiqələrdən matça fəal başlayıb. Bunun nəticəsində “qırmızı-qaralar” hər hissədə bir qol vurub, 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 34-cü dəqiqəsində Ülvi İbazadə açıb. Bu, onun mövsümdə 3-cü qolu olub. Qarşılaşmaya artırılmış dəqiqələrdə isə Ülvi İsgəndərov matçda son nöqtəni qoyub. Mövsümdə 6-cı dəfə fərqlənən futbolçu hesabı 2:0-a çatdırıb.
Beləliklə, ardıcıl 3-cü, mövsümdə 20-ci qələbəsini qazanan “Qəbələ” xal hesabını 63-ə, ən yaxın izləyicisi ilə fərqi 11-ə çatdırıb.
1 | Qəbələ | 29 | 20 | 3 | 6 | 68-29 | 63 |
2 | Sumqayıt | 29 | 15 | 7 | 7 | 56-33 | 52 |
3 | Kəpəz | 28 | 13 | 9 | 6 | 43-33 | 48 |
4 | Qarabağ | 28 | 13 | 8 | 7 | 42-25 | 47 |
5 | Neftçi | 28 | 12 | 6 | 10 | 56-39 | 42 |
6 | Zirə | 28 | 11 | 5 | 12 | 36-47 | 38 |
7 | İnter | 29 | 10 | 3 | 16 | 48-57 | 33 |
8 | Rəvan | 28 | 10 | 2 | 16 | 37-52 | 32 |
9 | AZAL | 29 | 7 | 5 | 17 | 36-63 | 26 |
10 | Xəzər Lənkəran | 28 | 6 | 2 | 20 | 31-75 | 20 |