Əvəzedicilərdən ardıcıl 3-cü qələbə
Xəbərlər / 28 Noyabr 2016 | 21:23531
Əvəzedicilərdən ardıcıl 3-cü qələbə

“Qarabağ” – “Qəbələ” – 0:1
(Rövlan Muradov, 18)
Əvəzedicilərin çempionatında XIII tura yekun vurulub. Turun son günü mərkəzi oyunla əlamətdar olub. Ötən mövsümün çempionu olan “Qəbələ” cari çempionatın lideri “Qarabağ”la qarşılaşıb.  Ehtiyatda bir oyunu olan və 3-cü pillədə qərarlaşan “qırmızı-qaralar” səfər oyununa qalib gəlib, liderlə xal fərqini azaltmaq iddiası ilə çıxıb. Hüseynqulu Quliyevin yetirmələri bununla da I dövrədəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətində olub. “Qəbələ” bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. Rövlan Muradovun 18-ci dəqiqədə vurduğu qol matçın taleyini həll edib. Beləliklə, “qırmızı-qaralar” liderlə paytaxtdakı qarşılaşmada minimal hesablı qələbə qazanıb. 
Bununla da əvəzedicilərimiz ardıcıl 3-cü dəfə meydanı üç xalla tərk edib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan komandamız 1 oyun az keçirdiyindən liderliyə potensial şərikdir.

1

Qarabağ

13

8

2

3

25-13

26

2

Neftçi

13

8

1

4

19-13

25

3

Qəbələ

12

7

2

3

24-12

23

4

İnter

13

5

3

5

9-10

18

5

Zirə

13

4

5

4

14-12

17

6

Kəpəz

13

3

4

6

12-16

13

7

Sumqayıt

12

4

1

7

18-25

13

8

AZAL

13

3

0

10

16-36

9