Əvəzedicilərdən ardıcıl IV qələbə
Xəbərlər / 18 Noyabr 2012 | 20:01311
Əvəzedicilərdən ardıcıl IV qələbə

“Qəbələ” – “Kəpəz” 1:0
Elvin Camalov, 38

Əvəzedicilər çempionatının XIII turunda “Qəbələ” doğma meydançada “Kəpəz”lə üz-üzə gəlib. Son üç matçda maksimum nəticə qazanan Luis Araqonun yetirmələri sözügedən matça da iddialı çıxıblar. Qarşılaşmanın startından öncə dünyasını dəyişən “Qəbələ” Futbol Akademiyasının məşqçisi  Eldəniz Süleymanovun xatirəsi yad olunub. Futbolçular meydançaya qara sargı və üzərində “Səni unutmayacağıq, Eldəniz müəllim” yazılı bannerlə çıxıblar. Başlama fitindən öncə gənc mütəxəssisin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə start götürüb. Bu üstünlük 38-ci dəqiqədə öz bəhrəsini verib. Elvin Camalov dəqiq zərbə ilə komandasını irəli çıxarıb. Matçın qalan dəqiqələrində tərəflərin bir neçə fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və “Qəbələ” ardıcıl 4-cü qələbəsini qazanıb. Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran trəmsilçimiz 5-ci yerdə möhkəmlənib.

1
  Bakı
13
12
1
0
36-10
37
2
  Simurq
13
9
1
3
30-18
28
3
  İnter
13
9
3
1
32-9
27
4
  Neftçi
13
8
1
4
29-16
25
5
13
6
2
5
26-17
20
6
  Rəvan
13
5
2
6
14-19
17
7
13
4
3
6
14-21
15
8
13
4
2
7
25-30
14
9
13
3
3
7
20-26
12
10
  Kəpəz
13
2
5
6
12-22
11
11
  Turan
13
2
2
9
8-37
8
12
  AZAL
13
2
1
10
15-36
7