Əvəzedicilərdən ardıcıl IV qələbə
Xəbərlər / 20 Noyabr 2013 | 13:43204
Əvəzedici heyətlərin ölkə birinciliyində 14-cü tura start verilib. Turun açılış oyununda “Qəbələ” doğma meydanda AZAL-la qarşılaşıb. Nuran Qurbanovun 88-ci dəqiqədə vurduğu yeganə qol "qırmızı-qarlar"a minimal hesablı qələbə qazandırıb - 1:0. Bu "Qəbələ"nin çempionatda ardıcıl 4-cü qələbəsi kimi yadda qalıb. Luis Araqonun yetirmələri bu qalibiyyətdən sonra ikinci pillədəki yerlərini möhkəmlədiblər.