Əvəzedicilərdən ardıcıl üçüncü heç-heçə - Fotoreportaj
Xəbərlər / 8 Mart 2014 | 13:56467
"Qəbələ” 1:1 “Neftçi”
(Müşfiq Teymurov, 68 // Murad Musayev, 32 (ö.q.))
Əvəzedicilər çempionatında XXV tura yekun vurulub. Hesabat turunda "Qəbələ" doğma meydançada "Neftçi"ni qəbul edib. Qatı dumanda baş tutan oyun maraqlı və gərgin mübarizə şəraitində keçib. Matç boyunca topa nəzarət edən tərəf "Qəbələ" olsa da, hesabı "Neftçi" açıb. Murad Musayev 32-ci dəqiqədə topu öz qapısına göndərib. "Qırmızı-qaralar"ın cavab qolu ikinci hissəyə təsadüf edib. Müşviq Teymurov 68-ci dəqiqədə status-kvonu bərpa edib. Qalan dəqiqələrdə meydan sahibləri bir neçə əlverişli epizod yaratsalar da, hesab dəyişməyib və "Qəbələ"nin ardıcıl 3-cü matçı da heç-heçə ilə yekunlaşıb.