“Qəbələ” – “Xəzər Lənkəran” – 4:0
(Ayxan Əsədov, 20; Yusif Həsənov, 73 (ö.q); Şamil Camaləddinov, 78; Rövlan Muradov, 89)
Bu gün əvəzedicilərin çempionatında VII tura yekun vurulub. “Qəbələ” öz meydanında “Xəzər Lənkəran”la qarşılaşıb. Ötən turun “Rəvan”la səfər oyununda 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” bu dəfə də meydana qələbə istəyi ilə çıxıb. Matça fəal başlayan Ramin Quliyevin yetirmələri bunun bəhrəsini ilk yarının ortalarında görüb. Ayxan Əsədov mövsümdə ilk qolunu vuraraq komandamızı hesabda önə çıxarıb. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ” yalnız qarşılaşmanın son 18 dəqiqəsində fərqlənməyi bacarıb. Komandamız bu müddətdə daha 3 qol vurub. Əvvəl qonaqların üzvü Yusif Həsənov avtoqol müəllifi olub. Şamil Camaləddinovun və Rövlan Muradovun rəqib qapısına yol tapması isə hesabı 4:0-a çatdırıb.
Beləliklə, 4:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl 2-ci qələbəsini rəsmiləşdirib. İlk dəfə 3 xalı böyük hesabla qazanan komandamız turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
1 | Sumqayıt | 7 | 5 | 1 | 1 | 22-7 | 16 |
2 | Neftçi | 7 | 5 | 1 | 1 | 20-8 | 16 |
3 | Kəpəz | 7 | 4 | 1 | 2 | 8-6 | 13 |
4 | Rəvan | 7 | 4 | 0 | 3 | 12-11 | 12 |
5 | Zirə | 7 | 3 | 1 | 3 | 7-12 | 10 |
6 | Qəbələ | 7 | 3 | 0 | 4 | 12-10 | 9 |
7 | Xəzər Lənkəran | 7 | 3 | 0 | 4 | 11-20 | 9 |
8 | Qarabağ | 7 | 2 | 1 | 4 | 9-9 | 7 |
9 | İnter | 7 | 2 | 1 | 4 | 11-15 | 7 |
10 | AZAL | 7 | 1 | 0 | 6 | 7-21 | 3 |