Əvəzedicilərdən böyükhesablı qələbə
Xəbərlər / 30 Oktyabr 2015 | 13:52149
Əvəzedicilərdən böyükhesablı qələbə

“Qəbələ” – “Kəpəz” – 4:1
(Vüqar Nadirov, 2; Roman Hüseynov, 6; Ramil Hasanov, 67; Ehtiram Şahverdiyev, 80 // Murad Musayev, 75 (ö.q.))
Əvəzedicilərin çempionatında XI tura start verilib. “Qəbələ” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Bu oyunadək turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “qırmızı-qaralar” qarşılaşmaya 1 xal geri qaldıqları Gəncə təmsilçisini məğlub edərək, arxada qoymaq iddiası ilə çıxıb. Ramin Quliyevin yetirmələri bu vəzifənin öhdəsindən böyükhesablı qələbəylə gəlməyi bacarıb.
Komandamız erkən qollarla matçın taleyini həll edib. Əvvəl Vüqar Nadirov, ardınca isə Roman Hüseynov 6 dəqiqədə 2 qol vurublar. İlk hissəni bu üstünlüklə başa vuran “Qəbələ” fasilədən sonra daha 2 dəfə fərqlənib. Hissənin ortalarında Ramil Həsənov fərqi 3 topa çatdırıb. Murad Musayevin avtoqolu qonaqları ümidləndirsə də, çempionatın bombardiri Ehtiram Şahverdiyev mövsümdə 9-cu qoluna imza atmaqla, böyükhesablı qələbəni rəsmiləşdirib. Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan əvəzedicilərimiz 2-ci pilləyə yüksəlib.

Neftçi 10 7 1 2 32-13  22 
2  Qəbələ 11 7 0 4  27-13 21 
3 Sumqayıt 10 6 2 2 28-13 20 
4 Kəpəz 11 6 1  4 15-13 19 
5 Qarabağ 11 4  3  4 15-13  15 
6 İnter 11 4  1  6  19-27 13
7  Rəvan 10 4 1 5 15-16  13
8  Zirə 11 4 1 6 13-26 13 
9 Xəzər Lənkəran 10 4  0  6  16-27  12 
10 AZAL 11 2 0 9 11-30 6