Əvəzedicilərdən böyükhesablı qələbə
Xəbərlər / 14 Aprel 2016 | 14:06162
Əvəzedicilərdən böyükhesablı qələbə

“Qəbələ” – “Rəvan” – 4:0
(Ülvi İsgəndərov, 18; 72; 90; Ramil Hasanov, 37)
Bu gün əvəzedicilərin çempionatında XXX tura start verilib. Turun ilk qarşılaşması Qəbələdə baş tutub. “Qırmızı-qaralar” öz meydanında “Rəvan”ı qəbul edib. Son 3 turda qələbə qazanan Ramin Quliyevin yetirmələri seriyasını 4-ə çatdırıb. Paytaxt təmsilçisini 4 cavabsız qolla məğlub edən “Qəbələ” hər hissədə 2 dəfə fərqlənib. Komandamızın mövsümdəki üçüncü het-trikinin müəllifi olan Ülvi İsgəndərov çempionatdakı qol sayını 9-a çatdırıb. Ramil Həsənov isə mövsümdə 11-ci qolunu qeyd edib.
Beləliklə, 4:0 hesabı ilə qalib gələn “Qəbələ” xalını 66-ya çatdırıb, ən yaxın izləyici ilə fərqi 14-ə yüksəldib.

Qəbələ 30 21 3 6 72-29 66 
2  Sumqayıt 29 15 7 7  56-33 52 
3 Qarabağ 29 14 8 7 45-27 50 
4 Kəpəz 29 13 9  7 45-36 48 
5 Neftçi 29 13  6  10 58-39 45 
6 Zirə 29 12  5  12  39-47 41
7  İnter 29 10 3 16 48-57 33
8  Rəvan 30 10 2 18 37-59 32 
9 AZAL 29 7  5  17  36-63  26 
10 Xəzər Lənkəran 29 6 2 21 31-77 20