AZAL – “Qəbələ” – 2:6
(Renat Aşurov, 70, 90 // Ülvi İsgəndərov, 18; Rövlan Muradov, 53; Ehtiram Şahverdiyev, 61, 69; Ramil Hasanov, 75; Elvin Həsənov, 88)
Əvəzedicilərin çempionatında XI turun növbəti oyunu keçirilib. “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar” paytaxtdakı görüşə qələbə əzmi ilə çıxıblar. İlk dəqiqələrdən təşəbbüsü ələ alıb, rəqib qapısına hücumlar təşkil edən Hüseynqulu Quliyevin yetirmələri fasiləyədək yalnız 1 qol vurublar. Ülvi İsgəndərov 18-ci dəqiqədə hesabı açıb. Oyunun ikinci hissəsi daha məhsuldar alınıb. Azarkeşlər 45 dəqiqədə 7 qol izləyiblər. Fasilədən sonra Rövlan Muradovun 1, Ehtiram Şahverdiyevin 2 qol vurması ilə fərq 4 topa çatıb. Bundan sonra meydan sahibləri fərqi azaltmağa nail olublar. Lakin Ramil Hasanov və Elvin Həsənov hərəyə 1 dəfə rəqib qapısına yol taparaq, hesabı 6:1-ə çatdırıblar. Bakılılar son dəqiqədə bu qollardan birinin də əvəzini çıxsa da, “Qəbələ”nin böyükhesablı qələbəsi qeydə alınıb – 6:2.
Beləliklə, mövsümdə 2-ci dəfə 3 və ya daha çox top fərqi ilə qalib gələn “qırmızı-qaralar” xal hesabını 17-yə çatdırıb və 3-cü pilləyə yüksəlib.
1 | Qarabağ | 10 | 7 | 1 | 2 | 22 - 10 | 22 |
2 | Neftçi | 10 | 6 | 1 | 3 | 14 - 11 | 19 |
3 | Qəbələ | 10 | 5 | 2 | 3 | 21 - 11 | 17 |
4 | Zirə | 10 | 4 | 3 | 3 | 12 - 9 | 15 |
5 | İnter | 10 | 4 | 2 | 4 | 8 - 8 | 14 |
6 | Kəpəz | 11 | 3 | 4 | 4 | 11 - 12 | 13 |
7 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 9 - 21 | 10 |
8 | AZAL | 11 | 2 | 0 | 9 | 13 - 28 | 6 |