Əvəzedicilərdən əzmkar heç-heçə - Fotoreportaj
Xəbərlər / 1 May 2014 | 13:52213
"Neftçi" - "Qəbələ" 1:1 Cavid Muxtarzadə, 57 // Nuran Qurbanov, 80
Əvəzedicilər çempionatının XXXIII turunda "Qəbələ" səfərdə "Neftçi" ilə qarşılaşıb. Matç 32 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "qırmızı-qaralar"ın liderlər qrupunda möhkəmlənməsi baxımından önəm kəsb edirdi.
Qarşılaşmanın ilk hissəsi maraqlı mübarizə şəraitində keçsə də, hesab açılmayıb. İkinci hissə qarşılıqlı hücumlarla start götürüb. 57-ci dəqiqədə meydan sahibləri penaltidən fərqlənməklə üstünlüyə yiyələniblər. Rəqibi cərimə meydançası hüdudlarında kobudluqla dayandıran Vəzir Musayev penalti epizodunda ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydançadan kənarlaşdırılıb. "Qəbələ" azlıqda qalmasına baxmayaraq, status-kvonu bərpa etməyi bacarıb. Görüşün 80-ci dəqiqəsində Nuran Qurbanov dəqiq oynayıb. Qalan dəqiqələrdə qonaqlar bir neçə fərqlənmək şansı yaxalasalar da, hesab dəyişməyib və matç 1:1 hesabilə yekunlaşıb.