Əvəzedicilərdən əzmkar qələbə
Xəbərlər / 4 Aprel 2015 | 11:38242
Əvəzedicilərdən əzmkar qələbə

AZAL – “Qəbələ” – 1:3
(Fərid Hacıyev, 18 // Amil Həsənov, 55, 84; Roman Hüseynov, 58)
Əvəzedicilərin Azərbaycan çempionatında IV dövrəyə start verilib. Bütün oyunları eyni gündə və eyni saatda keçirilən XXVIII turda “Qəbələ” AZAL-la qarşılaşıb. Sonuncu oyununu martın 12-də Bakıda “İnter”ə qarşı keçirən “qırmızı-qaralar” 23 günlük fasiləyə paytaxtda son verib. Əvvəlki oyunlarda rəqibindən 7 xal alan Luis Araqonun yetirmələri bu dəfə də səfərdə qalib gələ bilib. Düzdür, komandamız ilk yarıda buraxdığı qolla məğlub duruma düşüb. Lakin fasilədən sonra “Qəbələ” əzmkarlıq nümayiş etdirib. Əvvəl komandamız 4 dəqiqəyə 2 qol vurub. Amil Həsənov və Roman Hüseynovun vurduğu qollarla hesabda tarazlıq yaradıb, önə keçən komandamız matçın sonlarında fərqi artırmağa da müvəffəq olub. Hakimin final fitinə 6 dəqiqə qalmış Amil dublunu rəsmiləşdirib – 3:1.
Beləliklə, əzmkar qələbə əldə edən “Qəbələ” xal hesabını 42-yə çatdırmaqla 3-cü pillədəki mövqeyini möhkəmlədib.

1 İnter 25 15 4 6 64-33  49 
2  Simurq 25 15 3 7  56-29  48 
3 Qəbələ 25 12 6 7 40-33  42 
4 Neftçi 25 10  7  8 35-35  37 
5 Xəzər Lənkəran  25 10  5  10 31-41  35 
6 Qarabağ  25 9  3  13  34-43  30 
7  Bakı 25 9 2  14  38-44  29 
8  AZAL  25  7 7  11  27-37 28 
9  Sumqayıt  24  3  7  14  29-59  16