Əvəzedicilərdən final mərhələsində ardıcıl III qələbə
Xəbərlər / 4 Aprel 2013 | 14:56243
Əvəzedici komandaların ölkə birinciliyində XXV tura start verilib. “Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşıb. Final mərhələsinə uğurla start verən və ardıcıl iki qələbə qazanan "qırmızı-qaralar" seriyanı davam etdiriblər. Matç boyunca rəqibindən üstün oyun nümayiş etdirən meydan sahibləri yekunda Zaqatala təmsilçisini 2:1 hesabilə məğlub edib. “Qəbələ”dən Elvin Camalov (d.45) və Elnur Mustafayev (d.78), “Simurq”dan isə Qafar Qafarov (d.49) fərqlənib. Bu qələbə ilə Luis Araqonun yetirmələri aktivindəki xalların sayını 43-ə çatdırıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.