Əvəzedicilərdən ilk heç-heçə
Xəbərlər / 29 Yanvar 2016 | 12:56140
Əvəzedicilərdən ilk heç-heçə

“Kəpəz” 2–2 “Qəbələ”
(Vəzir Musayev, 35 (ö.q.); Fərid Məmmədov, 37 // Ülvi İbazadə, 7; Ramil Hasanov, 90)
Əvəzedicilərin çempionatında 2015/2016 mövsümünün ikinci yarısına start verilib. XIX turun ilk günündə 2 qarşılaşma baş tutub. “Qəbələ” 2016-cı ildə ilk oyununu “Kəpəz”ə qarşı keçirib. Çempionatın lideri olan “qırmızı-qaralar” səfər matçına fəal başlayıb. İlk dəqiqələrdən irəli atılan komandamız artıq 7-ci dəqiqədə hesabı açıb. Ülvi İbazadə rəqib qapısına yol tapıb. Lakin ilk yarının son bölümü uğursuz alınıb. Əvvəl Vəzir Musayev avtoqol müəllifi olubsa, 2 dəqiqə sonra meydan sahibləri hesabda önə keçib. Fasilədən sonra bərabərlik qolu vurmaq üçün böyük qüvvə ilə hücuma keçən Ramin Quliyevin yetirmələri yalnız son dəqiqədə fərqlənə bilib. Ramil Hasanov hesabda tarazlıq yaradıb – 2:2. Beləliklə, Gəncədən “sülh”lə dönən əvəzedicilərimiz mövsümdə ilk dəfə heç-heçə edərək, liderliyini qoruyub.

Qəbələ 19 12 1 6 41-22  37 
2  Sumqayıt 19 10 6 3  40-21 36 
3 Neftçi 19 10 4 5 46-27 34 
4 Kəpəz 19 8 5 6 21-23 29 
5 Rəvan 18 8  1  9 28-25 25 
6 Qarabağ 18 6  6  6  21-18 24
7  Zirə 18 6 5 7 19-30  23
8  İnter 18 6 3 9 30-37 22 
9 Xəzər Lənkəran 18 6  1  11  25-41  18 
10 AZAL 18 3 2 13 18-45 11