“Neftçi” - “Qəbələ” – 2:2
(Cavid İmamverdiyev, 27; Orxan Qurbanlı, 54 // Ramil Hasanov, 49 (p.); Ülvi İsgəndərov, 86 (p.)
Bu gün əvəzedicilərin çempionatında IV turun daha bir oyunu keçirilib. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar”ın cari turnirin lideri ilə görüşü məhsuldar alınıb. İlk 3 turda xal itirməyən bakılılar ilk yarıda hesabı açsa da, fasilədən az sonra Ramil Hasanov hesabda tarazlıq yaradıb. O, 49-cu dəqiqədə penaltidən dəqiq istifadə edib. Az keçməmiş meydan sahibləri yenidən hesabda önə keçib. Komandamız matçın sonlarında Ülvi İsgəndərovun qolu ilə bərabərlik əldə edib – 2:2.
Beləliklə, “Qəbələ”nin əvəzediciləri 3 oyundan sonra xal hesabını 4-ə çatdırıb.
1 | Neftçi | 4 | 3 | 1 | 0 | 8-4 | 10 |
2 | Zirə | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
3 | Qarabağ | 4 | 2 | 0 | 2 | 6-6 | 6 |
4 | İnter | 3 | 1 | 1 | 1 | 1-2 | 4 |
5 | Qəbələ | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
6 | Kəpəz | 3 | 1 | 1 | 1 | 1-2 | 4 |
7 | AZAL | 4 | 1 | 0 | 3 | 5-7 | 3 |
8 | Sumqayıt | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |