Əvəzedicilərdən qolsuz heç-heçə
Xəbərlər / 22 Fevral 2013 | 15:18233
Əvəzedicilər çempionatının XXI turunda "Qəbələ" doğma meydançada "Xəzər-Lənkəran"ı qəbul edib. Matç startdan final fitinə qədər qırmızı-qaraların üstünlüyü ilə keçsə də, bütün komanda ilə müdafiə olunan cənublular Luis Araqonun yetirmələrinin sevinməsinə imkan verməyiblər və matç başladığı hesabla yekunlaşıb - 0:0. İlk "altılığ"a vəsiqəni təmin edən "Qəbələ" təsnifat mərhələsinin son turunda səfərdə AZAL-la üz-üzə gələcək.