Əvəzedicilərdən uğurlu yekun
Xəbərlər / 1 Fevral 2013 | 22:45242
Əvəzedicilərdən uğurlu yekun

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası bu gün keçirdiyi son matçla Antalya toplanışına yekun vurub. Qardaş ölkədə baş tutan 4-cü qarşılaşmada "Qəbələ" Ukrayna "Karpatı"sı ilə üz-üzə gəlib. Matçı yüksək səviyyədə keçirən qırmızı-qaralar Lvov təmsilçisini 3:2 hesabilə məğlub ediblər.