Əvəzedicilərin oyununda 8 qol
Xəbərlər / 11 Fevral 2018 | 19:36344
Əvəzedicilərin oyununda 8 qol

“Qarabağ” – “Qəbələ” – 5:3

(Ramil Şeydayev, 21; Ağabala Ramazanov, 34, 45; Salman Cəfərov, 47; Famil Camalov, 61 // Kamran Quliyev, 38; Elvin Məmmədov, 85, 87)

Bu gün əvəzedici komandaların Azərbaycan çempionatında mövsümün ikinci yarısına start verilib. “Qəbələ” 2018-ci ilə “Qarabağ”la səfər matçı ilə başlayıb. XV turun ilk oyun gününə təsadüf edən qarşılaşma məhsuldar alınıb. Hər iki tərəfin əsas komandanın bəzi oyunçularına da şans verdiyi görüşdə 8 qol vurulub. Matçın ilk hissəsində meydan sahiblərinin 3 qoluna “qırmızı-qaralar” Kamran Quliyevin topu ilə cavab verib. Fasilədən sonra isə hər komana iki dəfə fərqlənib. Hissənin əvvəlində “Qarabağ”, matçın sonlarında isə “Qəbələ” bunu bacarıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komandamızda Elvin Məmmədov dubla imza atıb. Onun ilk qolu “qırmızı-qaralar”ın cari mövsümdə rəqib qapılarından keçirdiyi 50-ci top olub.

Beləliklə, “Qarabağ”la səfər matçında 3:5 hesabı ilə uduzan əvəzedicilər mövsümdə ikinci məğlubiyyətini alıb. 15 oyundan sonra hesabında 35 xal olan komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

15

11

2

2

51-14

35

2

Səbail

14

8

3

3

23-17

27

3

Zirə

15

6

4

5

21-22

22

4

Keşlə

14

4

8

2

21-18

20

5

Neftçi

14

5

3

6

12-18

18

6

Qarabağ

15

5

2

8

19-26

17

7

Sumqayıt

15

3

4

8

15-32

13

8

Kəpəz

14

1

4

9

9-25

7