“Qəbələ” – “Qarabağ” – 1:4
(Ramil Hasanov, 7 // Nicat Abbasov, 36; İlyas Səfərzadə, 54; Vüqar Nadirov, 57; Elgün Nəbiyev, 68)
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XIX tura start verilib. Yarışın lideri “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Bu matçadək ardıcıl 9 qələbə qazanan “qırmızı-qaralar” ən yaxın izləyicisi ilə qarşılaşmaya da 3 xal iddiası ilə çıxıb. Görüşə fəal başlayan Hüseynqulu Quliyevin yetirmələri artıq 7-ci dəqiqədə hesabı da açıb. Ramil Hasanov mövsümdə 10-cu qolunu vurub. Bununla da futbolçumuz çempionatın bombardirləri yarışında liderə şərik olub. Lakin komandamız üstünlüyünü qoruya bilməyib. Qonaqlar fasiləyədək Nicat Abbasovun qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Matçın ikinci yarısı isə Ağdam təmsilçisi üçün daha uğurlu alınıb. 3 qol vuran qonaqlar görüşdə 4:1 hesablı qələbə qazanıb.
Beləliklə, sonuncu dəfə ötən il oktyabrın 28-də X turun “Neftçi” ilə ev oyununda uduzan (0:1) “Qəbələ”nin 9 matçlıq qələbə seriyası qırılıb.
1 | Qəbələ | 19 | 13 | 2 | 4 | 43-22 | 41 |
2 | Qarabağ | 19 | 11 | 4 | 4 | 38-22 | 37 |
3 | Neftçi | 18 | 11 | 1 | 6 | 32-20 | 34 |
4 | İnter | 18 | 7 | 5 | 6 | 13-12 | 26 |
5 | Zirə | 18 | 6 | 5 | 7 | 22-21 | 23 |
6 | Kəpəz | 18 | 6 | 5 | 7 | 22-26 | 23 |
7 | Sumqayıt | 19 | 5 | 1 | 13 | 28-48 | 16 |
8 | AZAL | 19 | 3 | 1 | 15 | 24-51 | 10 |