Fariz Məmmədov AİBA Proboxing turnirində ilk görüşünü keçirdi
Xəbərlər / 25 Oktyabr 2014 | 18:15253
Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəyə qoşulub. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən AİBA Proboxing turnirinin 1/4 finalında rusiyalı boksçu Andrey Zamkovoyla görüşüb. Məmmədov 6 raundluq döyüş boyu 2012-ci ildə London Olimpiadasının bürünc mükafatçısı olan 187 sm boya malik rəqiblə bərabər mübarizə aparsa da, sonda məğlub olub. Hər 3 hakim üstünlüyü rusiyalıya verib – 59:55, 58:56, 58:56. Raundlar üzrə mübarizədə isə Məmmədov 2, rəqibi 4 hissədə üstün olub.
Qeyd edək ki, Zamkovoy 2009-cü ildə dünya çempionatının gümüş, 2010 və 2011-ci illərdə Rusiya çempionatının qızıl medalını qazanıb.