Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirib. Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə boksçumuzun rəqibi mərakeşli Samir Boukrara olub. Cəmi 2 raund sürən döyüş Fariz Məmmədovun parlaq qələbəsi ilə yekunlaşıb. Boksçumuzdan 2-ci raundun əvvəlində agır zərbə alan Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb. Sözügedən döyüşün videoyazısını sizlərə təqdim edirik: