Ölkəmizi və klubumuzu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions”un təşkil etdiyi döyüşün iştirakçısı olub. Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb. O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokauta göndərib. Sözügedən döyüşün videoyazısını sizlərə təqdim edirik: