Fariz Məmmədov müqavilə bağladı, məşqlərə başladı
Xəbərlər / 7 Yanvar 2014 | 16:41277
Azərbaycanı və "Qəbələ"ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun almaniyalı Mattias Pelklə revanş döyüşü rəsmiləşib. Qarşılaşma ilə əlaqədar Almaniyada hər iki boksçu arasında müqavilə imzalanıb. Döyüşün vaxtı dəqiqləşməsə də, keçiriləcəyi yer məlumdur: Almaniya. Müqavilə imzaladıqdan sonra Məmmədov zədəsinin bərpası və təlim-məşq məqsədilə Türkiyəyə yollanıb.
Xatırladaq ki, ötən ay Fariz Məmmədovla Mattias Pelk arasında Qəbələdə baş tutan WBO və İBF versiyasının Avropa kəməri uğrunda döyüşdə idmançımız səkkizinci raundda döyüşün yarımçıq saxlamaq məcburiyyətində qalmışdı. Buna əsas səbəb kimi, F.Məmmədovun hələ döyüşdən əvvəl bir qabırğasının sınması göstərilir.