Fariz Məmmədovun vacib döyüş öncəsi açıq məşqi - Fotoreportaj
Boks / 1 Fevral 2016 | 12:21782
Fariz Məmmədovun vacib döyüş öncəsi açıq məşqi - Fotoreportaj

Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq. Boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq. Uzun müddətdir bu vacib döyüşə hazırlaşan Məmmədov qarşılaşma öncəsi açıq məşqə çıxıb. Məşqin ardından boksçumuz jurnalistlərin suallarını cavablandırıb, fikirlərini media nümayəndələri ilə paylaşıb:

"2001-ci ildən bir hədəfim var idi, mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdı. 15 illik həsrətə son qoymaq istəyirəm. Şəxsi agentim Yaşar Niftəliyevə təşəkkürümü bildirirəm. Hər zaman yanımdadı. Karyeramı ona etibar etmişəm. "Qəbələ" İdman Klubuna da sonsuz təşəkkürlərimi bildiririəm. 15 illik həsrətimi gerçəkləşdirməyimə imkan yaratdılar. Bu, Azərbaycan boks tarixində yeni səhifədi. Belə bir söz var - "Güclü olanların bəxti gətirir". İnanıram ki, mənim də bəxtim gətirəcək. Hesab edirəm ki, peşəklar boks üzrə dünya titulu uğrunda Azərbaycanda vuruşmağımın özü də bəxt amilidi."

Fariz Məmmədov rəqibi haqqında da qısa məlumat verib:

"Artıq 6 aydı ki, Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydı ona qarşı hazırlaşıram."