Fariz Nəcəfov fəxri diplomla təltif olundu, Rafael Ağayev “11-lik”də
Xəbərlər / 26 Dekabr 2018 | 20:461270
Fariz Nəcəfov fəxri diplomla təltif olundu, Rafael Ağayev “11-lik”də

Bu gün 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunublar. 2018-ci ilin idmançıları, məşqçiləri, hakimləri, federasiyası, komandası, yarışların təşkilində fərqlənən federasiyalar, qurğular, KİV-lər və digər nominasiyalarda fərqlənənlər mükafatlandırılıblar. “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov və karateçimiz Rafael Ağayev də mükafatlandırılanlar arasında yer alıblar. Fariz Nəcəfov fəxri diplomla təltif olunub. Rafael Ağayev isə ilin ən yaxşı idmançılarından ibarət “11-liy”ə daxil edilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2018-ci ilin yekunlarına əsasən təsis olunan mükafatlar da sahiblərini tapıb. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi adına AFFA-nın prezidenti Rövnəq Abdullayev layiq görülüb.