Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Tədbir “Baku Marriott Hotel Boulevard” hoteldə baş tutub. “Qəbələ”nin prezidenti Fariz Nəcəfovun iştirak etdiyi iclasa AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Misli Premyer Liqasında mübarizə aparan digər klubların nümayəndələri də qatılıblar.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. Klubumuzun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.