Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü
Xəbərlər / 4 Oktyabr 2021 | 13:31179
Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb. Görüşdə idmançımızın tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb. Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançımızı təbrik edib. Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti idmançımıza uğurlar arzulayıb. Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasova “Qəbələ” İdman Klubunun hədiyyələri təqdim olunub.