Fariz Nəcəfov «Qəbələ»nin idmançı və məşqçiləri ilə görüş keçirdi - Fotolar
Xəbərlər / 27 Dekabr 2019 | 22:22559
Fariz Nəcəfov «Qəbələ»nin idmançı və məşqçiləri ilə görüş keçirdi - Fotolar

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov klubumuzun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb. 2019-cu ilin yekunları ilə bağlı keçirilən görüşdə yola saldığımız ildə uğur qazanmış klub üzvləri iştirak edib. İdmançılardan Bəşirova Gülşən (cüdo), Yusifov İmran (cüdo), Uşangi Kokauri (cüdo), Abbasov Bəxtiyar(MMA), Abbasov Nəriman (MMA), Ağayev Rafael (karate), Alfonso Dominqos (boks), Kamran Şahsuvarlı (boks), Ağayev Cavad (taekvondo), Alim Nəbiyev (kikboksinq), Pərviz Abdullayev (kikboksinq), məşqçilərdən isə Abbasov Şəhriyar (MMA), İsmayılov Ramil (cüdo), Zülfüqarov Səbuhi (taekvondo) və boks bölməsinin rəhbəri Fariz Məmmədov fəxri fərmanlarla təltif ediliblər. Klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevə idman növlərinin inkişafına görə fəxri fərman təqdim olunub.