«Fasilə ərzində çox yaxşı çalışdıq»
Xəbərlər / 19 Oktyabr 2013 | 16:44245
«Fasilə ərzində çox yaxşı çalışdıq»

Premyer Liqanın X turu çərçivəsində baş tutan "İnter"-"Qəbələ"(0:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"IX turdan sonra çempionatda uzun müddətlik fasilə yarandı. Hesab edirəm ki, fasilə ərzində çox yaxşı çalışdıq və nəticədə əvvəl zəif çıxış edən müdafiəçilərimiz bu gün çox yaxşı oyun nümayiş etdirdilər. Ümumiyyətlə komanda şəklində gözəl oyun nümayiş etdirdiyimizi və 3 xala layiq olduğumuzu düşünürəm. Qələbəyə görə şadam. Rəqibimiz "İnter" möhkəm komandadır. Hazırda onlar yüksəlişdədir".