«Fatih Kavlaka inanırıq»
Xəbərlər / 15 May 2012 | 14:36433
“Qəbələ”nin baş məşqçi Fatih Kavlak daha bir il bu postda fəaliyyətini davam etdirəcək. Klubun vitse-prezidenti Fariz Nəcəfov türkiyəli mütəxəssisin müqavilə müddətinin uzadılması barədə “gabalafc.az”a verdiyi açıqlamada klub rəhbərliyinin Fatih Kavlaka inandığını, ona komandanın uğur qazanması üçün hər cür dəstək veriləcəyini dedi:
“Qəbələ” mövsümün sonunda mükafatçılar sırasına düşə bilməsə də, Fatih Kavlak baş məşqçi təyin edildikdən sonra əldə olunan nəticələri qənaətbəxş hesab etmək olar. Final mərhələsində “Qəbələ” ən çox xal qazanan komanda oldu, eyni zamanda futbolçular oyun planında əvvəlki ilə müqayisədə çox daha yaxşı təsir bağışladılar. Sadalananlarda Kavlakın əməyi böyükdür. Klubdaxili iclasda bütün bunları bir daha diqqətdən keçirdik və Kavlakla müqavilənin müddətini 1 il uzatmaq qərarına gəldik. Klub rəhbərliyi türkiyəli mütəxəssisə inanır. Komandanın istənilən nəticəni əldə etməsi üçün ona hər cür dəstək veriləcək”.