Fatih Terim “Qəbələ” rəsmiləri ilə birarada
Xəbərlər / 11 Yanvar 2012 | 20:00909
Fatih Terim “Qəbələ” rəsmiləri ilə birarada

“Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaşın oğlu Kerem Yavaşın toyu Türkiyənin tanınmış futbol adamlarını “Qəbələ” rəsmilərilə biraraya gətirib. Toy mərasimində iştirak edən “Galatasaray”ın baş məşqçisi Fatih Terimlə görüşən nümayəndələrimiz təcrübəli mütəxəssislə bir müddət fikir mabadiləsi aparıblar. Rəsmilərimizdən son dövrlər “Galatasaray”ın Türkiyə Superliqasında və kubokunda göstərdiyi uğurlu nəticələrə görə təbrikləri qəbul edən Terim uzun müddətdir Azərbaycana gəlmək istədiyini, lakin vaxt azlığı səbəbindən səfərin hələ ki, təxirə salındığını bildirib. O, Azərbaycanı və Azərbaycan futbolunu daim diqqət mərkəzində saxladığını söyləyib. 
Mərasim iştirakçılardan Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı rəsmilərimizlə söhbət əsnasında maraqlı açıqlama ilə yadda qalıb. Türkiyənin Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşmalarını yada salan Avcı yarı zarafatla “Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik, Yoxsa bizə yenə çox çətin olacaqdı” deyib.