«Fəcr» turnirindən gümüş medalla
Xəbərlər / 27 Fevral 2014 | 09:01281
İranın paytaxtı Tehranda keçirilən kişi taekvondoçuların 25-ci "Fəcr" turniri "Qəbələ" idmançısı Elvin Məmmədov üçün yaddaqalan olub. 68 kq çəki dərəcəsində mübarizə aparan Elvin yalnız finalda məğlub olaraq vətənə gümüş medalla dönüb. Bu Azərbaycan yığmasının Tehranda qazandığı yeganə medal olmayıb. Yarışa 4 idmançı ilə yollanan millimiz turniri 3 medalla yekunlaşdırıb. Radik İsayev (+80 kq) qızıl, Fariz Əliyev (68 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yarış Olimpiya çəki dərəcələri üzrə keçirilib.