«Fehervar» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 İyul 2022 | 14:55187
«Fehervar» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fehervar” – “Qəbələ” matçının təyinatları açıqlanıb. Macarıstanda keçiriləcək qarşılaşmanın hakimləri müəyyənləşib. İyulun 21-də baş tutacaq görüşü isveçli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kaspar Syoberq olacaq.

Xatırladaq ki, “Mol Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

İlk oyun

21 iyul

21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ”

Baş hakim: Kaspar Syoberq

Baş hakimin köməkçiləri: Maks Robin Vilde, Andreas Svensson

Dördüncü hakim: Qranit Maqedonci (hamısı İsveç)

Sekesfehervar. “Mol Arena”