«Fehervar» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 20 İyun 2022 | 18:14547
«Fehervar» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

“Qəbələ”nin UEFA Konfrans Liqasında keçirəcəyi ilk oyunun vaxtı və yeri dəqiqləşib. II təsnifat mərhələsinin “Fehervar”la Macarıstandakı ilk qarşılaşması iyulun 21-də baş tutacaq.

Matç “Mol Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq.