Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələyə səfər edib. Portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.
Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.