«Fərqli hissələr izlədik»
Xəbərlər / 24 Oktyabr 2020 | 16:44192
«Fərqli hissələr izlədik»

Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Futboldan yox, Ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizləri sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəlincə, fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa deməli hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. Ilk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyun bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.