Final matçı «NTV Spor»un canlı yayımında
Xəbərlər / 1 İyun 2013 | 05:27294
Bu gün keçiriləcək II Qəbələ Kubokunun final matçı - "Portu" - "Feyenoord" qarşılaşması "İdman Azərbaycan" kanalı ilə yanaşı Türkiyənin tanınmış "NTV Spor" televiziyası ilə də canlı yayımlanacaq. Matç Bakı vaxtı ilə 18:30-da start götürəcək. Qarşılaşmadan öncə isə Qəbələyə həsr olunmuş "Yensen de, yenilsen de" verilişi efirə gedəcək. Proqram saat 17:30-da yayımlanacaq.