Finalçılar bəlli oldu
Xəbərlər / 30 May 2013 | 14:00311
Finalçılar bəlli oldu

II Qəbələ Kubokunda final mərhələsinə start verilib. Yarımfinalda Pireney təmsilçiləri - "Portu" və "Barselona" üz-üzə gəlib. Matçdan öncə ispanlar favorit sayılsalar da, "Portu" ehtimalları alt-üst edib və rəqibini 2:0 hesabilə məğlubiyyətə uğradıb. Digər yarımfinal cütlüyündə "Feyenoord" və "Şaxtyor" münasibətlərinə aydınlıq gətirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Penalti vuruşlarında daha dəqiq oynayan "Feyenoord" finala vəsiqə qazanıb.
5-8-ci yerlər uğrunda oyunlarda "Qəbələ"-"Bakı", "Beşiktaş"-"Zenit" cütlükləri mübarizə aparıb. İlk qarşılaşmanın əsas vaxtında meydan sahibi "Qəbələ" daha üstün oyun nümayiş etdirsə də, hesab açılmayıb. Penalti vuruşlarında paytaxt təmsilçisi üstün olub. Digər görüşdə "Beşiktaş" rəqibini 3:1 hesabilə məğlub edib və 5-ci yer uğrunda oynamaq hüququ qazanıb.

Yarımfinal

18:00 “Portu” – “Barselona” 2:0
19:10 “Feyenoord” – “Şaxtyor” 1:1 (penaltilərdə - 5:4)

5-8-ci yerlər

20:30 “Qəbələ” – “Bakı” 0:0 (penaltilərdə - 3:5)
20:30 “Zenit” – “Beşiktaş” 1:3

Bu nəticələrdən sonra medallar və aşağı yerlər uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib:

7-ci yer uğrunda oyun

"Qəbələ" - "Zenit" 

5-ci yer uğrunda oyun

"Bakı" - "Beşiktaş"

3-cü yer uğrunda oyun

"Şaxtyor" - "Barselona"

Final

"Portu" - "Feyenoord"