Bu gün günün ikinci yarısında III Qəbələ Kubokunun yarımfinal və 5-8-ci yerlər uğrunda oyunları baş tutdu. A qrupunu ikinci pillədə başa vuran “Qəbələ” yarımfinalda B qrupunu lider kimi tamamlayan “Anderlext” ilə üz-üzə gəldi. Matçda hesabı Fərid Nəbiyevin qolu ilə “Qəbələ” açsa da, üstünlüyünü sona kimi qoruya bilmədi və final şansını əldən verdi - 1:4. “Fənərbağça” isə “Rapid”i məğlub edərək çempionluq şansını qorudu - 1:0. Beləliklə, “Qəbələ” və “Rapid” komandaları iyunun 1-də üçüncü yer üçün üz-üzə gələcəklər. “Fənərbağça” isə finalda “Anderlext”lə qarşılaşacaq.
5-8-ci yerlər uğrunda oyunda “Neftçi” “Udineze”yə, “Lokomotiv” isə “Liverpul”a uduzdu. Bununla da iyunun 1-də “Udineze və “Liverpul” beşinci, “Neftçi” və “Lokomotiv” isə yeddinci yer uğrunda yarışacaqlar.
Yarımfinal
“Anderlext” – “Qəbələ” 4:1
Qollar: Fərid Nəbiyev (pen.) – Tresor Ndayişime, Hotman El Kabari, Milan Korin (2)
“Fənərbağça” – “Rapid” 1:0
Qol: Alparslan Dəmir
5-8-ci yerlər uğrunda
“Udineze” – “Neftçi” 1:0
Qol: Filippo Paklutsi
“Lokomotiv” – “Liverpul” 1:2
Qollar: Sergey Pavlenko – Okera Simmons, Ben Vudben
1 iyun
10:00 "Neftçi" - "Lokomotiv" (7-ci yer uğrunda)
10:00 "Liverpul" - "Udineze" (5-ci yer uğrunda)
15:00 "Qəbələ" - "Rapid" (3-cü yer uğrunda)
18:30 "Anderlext" - "Fənərbağça" (FİNAL)
20:00 Bağlanış mərasimi