Finalda bir qol
Xəbərlər / 3 İyun 2023 | 23:582392
Finalda bir qol

“Neftçi” – “Qəbələ” – 0:1, əlavə vaxtda

Azərbaycan Kuboku, final

3 iyun 2023. Saat 20:00. “Bakcell Arena”, 9000 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Vüsal Məmmədov

Dördüncü hakim: Tural Qurbanov

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Seymur Səlimli

Ehtiyat VAR: Cavid Cəlilov

Ehtiyat köməkçi hakim: Rəhman İmami

Sarı vərəqələr: Solomon Kverkveliya, 40 (qeyri-idman hərəkəti); Eddi İsrafilov, 61 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 107 (hakimin qərarına etiraz) // Məqsəd İsayev, 42 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 60 (qeyri-idman hərəkəti); İlkin Qırtımov ,120 (qeyri-idman hərəkəti)

Qol: İsnik Alimi, 102 (p.)

Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 3 dəq.

Əlavə vaxta artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 1 dəq.

 

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə yekun vurulub. Final matçı “Bakcell Arena”da baş tutub.

Həlledici görüşdə “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Konfrans Liqasına vəsiqəni təmin edən komandaların dueli gərginliyi ilə diqqət çəkib. Hər iki tərəf titul qazanmaq üçün mübarizə aparıb.

Komandaların hər ikisi rəqib qapısı önündə dəfələrlə təhlükəli epizodlar yaratmağı bacarıb. Lakin oyunun 90 dəqiqəsi qalibi müəyyənləşdirmək üçün yetərli olmayıb.

Kubokun sahibi əlavə vaxtda bəlli olub. Əlavə vaxtın ilk hissəsində İsnik Alimi penalti zərbəsini qol çevirib. Şimali makedoniyalı legionerin bu qolu həm finalın, həm də kubokun taleyini həll edib. 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” tarixində 2-ci dəfə Azərbaycan kubokunun qalibi olub.

 

 “Neftçi”

1. İvan Brkiç

8. Emin Mahmudov (k)

14. Eddi İsrafilov

(27. Fərid Yusifli, 90+1)

26. Ömər Buludov

(77. Yeqor Boqomolski, 106)

21. İsmayıl Zülfüqarlı

(7. Azər Əliyev, 86)

6. Voyislav Stankoviç

(3. Höccət Haqverdi, 106)

4. Solomon Kverkveliya

5. Kenni Sayef

23. Ataa Caber

(10. Sezar Meza Kolli, 106)

22. Kilan Lebon

9. Mateus Saldanya

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

93. Rza Cəfərov

17. Rəhman Hacıyev

19. Azər Salahlı

2. Mert Çelik

91. Ağadadaş Salyanskiy

18. Vato Arveladze

 

Baş məşqçi: Laurentsiu Regekampf

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

(34. Urfan Abbasov, 95)

28. Murad Musayev (k)

77. Emil Səfərov

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(10. Omar Hani, 95)

97. Felipe Santos

(7. Rövlan Muradov, 95)

9. Əyyub Allaş

(14. Ülvi İsgəndərov, 79)

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

12. Rüfət Əhmədov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

8. Andery Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev